Çalhanoğlu Bundesliqa klubunda - RƏSMİ
- 09 İyn 2020 11:20
- 661
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi türkiyəli yarımmüdafiəçi Kərim Çalhanoğlunu heyətinə qatıb.
Tərəflər 4 illik müqaviləyə imza atıblar. Bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşan 17 yaşlı futbolçu, yetirməsi olduğu “Hoffenhaym”a təşəkkür edib.
Qeyd edək ki, Kərim Çalhanoğlu Türkiyə millisinin və İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlunun əmisi oğludu. “Şalke”də Ozan Kabak, Suat Serdar və Ahmed Kutucu kimi digər türkiyəli futbolçular da çıxış edir.