Türkiyəli mütəxəssis Rıza Çalımbay Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.

Rekord.az xəbər verir ki, bunu o özü “Sabah” qəzetinə açıqlamasında deyib.

Çalımbay Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazır olduğunu deyib:

“Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Amma adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur.

Çalımbay sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” komandasına rəhbərlik edib.