“Çalışacağıq ki, iddiamızı hər oyunda göstərək”
- 31 Okt 2021 18:41
- 391
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun “Qəbələ” - “Sabah” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Rekord.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bilirdik ki, bizi qarşıda çətin oyun gözləyir. Heyətimizdə itkilər var idi. İki futbolçu sarı vərəqə limitinə görə matçı buraxırdı. Ona görə heyətdə rotasiya etməyə məcbur idik. Oyuna gəlincə, qarşılaşmanın ilk yarısında komanda verilən tapşırığı yerinə yetirirdi. Çoxsaylı qol epizodları da yaratdıq. Lakin dəyərləndirməkdə çətinlik çəkdik. Qapımızda bir az kuryoz qol gördük. Bundan sonra komanda olaraq bir az toparlana bilmədik. Amma ikinci hissədə yenə öz oyun dəst-xəttimizi göstərməyə çalışdıq. Ümumilikdə isə komandanın oyunundan razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Sırf ikinci yerə çıxmalıyıq kimi anlayış yoxdur. Qarşıdakı matçı düşünürük. Bilirik ki, mövsüm uzundur. Çalışacağıq ki, yüksək yerlər uğrunda mübarizə aparaq və iddiamızı hər oyunda göstərək. Bu bəzən alınacaq, bəzən yox. İnanıram ki, komanda əlindən gələni edəcək ki, daha yüksək pillədə olsun”.