“Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”
- 19 Okt 2019 21:51
- 835
“Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək".
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın məşqçisi Rövşən Bayramov Premyer Liqanın 8-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.
O, bildirib ki, komandada heç bir problem yoxdu: "Hamımız bir qədər də artıq çalışmalıyıq".
Babayev oyun başa çatandan sonra "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidi". (matc.az)