Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Slovakiya ilə səfər oyunu üçün 23 nəfərlik yekun heyəti müəyyənləşib.

Rekord.az xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə dəvət etdiyi 26 futbolçudan üçünü bu heyətə daxil etməyib. Bunlardan birinin cəzalı olan Mahir Emreli olacağı öncədən bəlli idi. O, ən yaxşı halda Qazaxıstanla Bakıdakı görüşdə forma geyinə biləcək. İtaliyalı mütəxəssisin Slovakiya ilə oyunda xidmətinə ehtiyac duymadığı digər oyunçular isə Rüstəm Əhmədzadə və Qismət Alıyevdir.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev;

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 6. Höccət Haqverdi, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Anton Krivotsyuk, 17. Toral Bayramov;

Yarımmüdafiəçilər: 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev;

Hücumçular: 9. Renat Dadaşov, 10. Musa Qurbanlı, 11. Ramil Şeydayev.

Bu gün Trnavada keçiriləcək Slovakiya – Azərbaycan matçına saat 22:45-də start veriləcək.