Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi olacağı gözlənilən Canni de Byazi müsahibə verib.

Rekord.az xəbər verir ki, “ilrestodelcarlino.it” saytına danışan Byazi, bütün diqqətinə Azərbaycan millisinə verdiyini deyib:

“İndi bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm. Növbəti işimə başlamaq üçün səbirsizlənirəm. Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim”.