Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Premyer Liqa oyunlarını idarə edən hakimlərin Bakı Olimpiya Stadionunda keçirilən iclasında iştirak edib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

De Byazi karyerası ərzində hakimliklə bağlı rast gəldiyi maraqlı xatirələrini danışıb, hakimlərin suallarını cavablandırıb.