Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Əlincə Arena"da olub.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı müəxəssis köməkçiləri ilə birgə "Sabah" komandasının məşqini izləyib.

Qeyd edək ki, De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.