Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın vəzifəsindən kənarlaşdırılan sabiq mətbuat xidməti rəhbəri Nurlan İbrahimovun şikayətini nəzərdən keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

İbrahimov Vətən müharibəsi zamanı öz Feysbuk səhifəsində etdiyi paylaşıma görə UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb. Lakin o, buna etiraz edərək CAS-a şikayət ərizəsi göndərib. İdman Arbitraj Məhkəməsinin isə Nurlan İbrahimovun bu şikayətinə baxacağı bildirilib. Məsələ ilə bağlı dinləmə oktyabr 8-də olacaq.

Qeyd edək ki, UEFA İbrahimovu vəzifəsindən kənarlaşdırmaqla yanaşı "Qarabağ"ı da 100 min avro cərimələyib.