"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov "Baku Sporting" uşaq futbol klubunun fəxri üzvü seçilib. "Rekord.az" xəbər verir ki, klubun bazasında baş tutan görüşdə bu barədə qarşılıqlı anlaşma müqaviləsi imzalanıb.

 

Hüseynov, uşaq futboluna hərtərəfli dəstəyi ilə töhfəsini verəcək. "Fəxri üzv" layihəsinin əsas məqsədi müxtəlif sahənin tanınmış insanlarını seçərək onların diqqətini uşaq futboluna yönəltməkdi. Kluba daha 9 nəfər tanınmış şəxs fəxri üzv seçiləcək.