Cavid Hüseynov hakimlikdən şikayətləndi
- 18:40
- 41
“Səbail” bu gün Misli Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Bakı klubunun baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib. Hüseynov güclü komandaya qarşı oynadıqlarını bildirib:
“Tovuzda olmaq özüm üçün xoşdur. Tovuz camaatını, tovuzlu azarkeşləri çox istəyirəm. Belə azarkeşlər qarşısında oynamaq çox xoş idi.
İki fərqli hissə oynadıq. Güclü komandaya qarşı oynadıq. “Qırmızı”ya qədərki və ondan sonrakı. Qələbə qazanmaq istəyirdik. Bir xalla dönürük. Səhvlərimiz var.
Rəqabətə hər zaman hazır olan biri kimi komandamı da ona görə kökləyirəm. Çəkinmirik. O zaman narahat olardım ki, oyun planında artım olmasın.
Fürsətdən istifadə edib hakimlik haqqında onu da deyim ki, belə oyunlarda üç dəqiqə artırılmır. Bu, düzgün deyil. Bu qədər VAR-a baxmaqla, dəyişikliklər, rəqibin “qırmızı” alması… Bütün bunların fonunda üç dəqiqə artırmırlar. Belə oyunda 30 saniyə belə, bizim üçün önəmli idi”.