Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.


Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.


Keçmiş futbolçu son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.