"Ayaks"ın futbolçusu Edson Alvares ona gələn transfer təklifindən danışıb.

Rekord.az "De Telefraaf"a istinadən xəbər verir ki, o, Fransa Liqa-1 təmsilçisi "Renn"dən təklif aldığını bildirib.

23 yaşlı yarımmüdafiəçi bu transfer üçün Hollivud aktrisası Salma Hayekin ona zəng etdiyini deyib. Meksikalı oyunçu Hayekin onu Fransa təmsilçisinə keçidinə razı salmağa çalışdığını söyləyib: "Bu, məni təəccübləndi və sevindirdi. Amma "Ayaks"da karyeramı davam etdirmək istəyirdim və bunu ona açıqladım" - deyə oyunçu təklifi rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, "Renn"in sahibi Frankois-Henri Pinault Salma Hayekin həyat yoldaşıdır.