"CBC Sport" kanalı yeni "tok-şou" hazırlayıb. Veriliş Premyer Liqanın ilk yarısının nəticələrinə həsr olunub və elitada çıxış edən 8 klubdan 7-nin baş məşqçisi Rüstəm Əfsərli ilə Gündüz Abbaszadənin hazırladığı proqramın qonağı olub.

Rekord.az xəbər verir ki, yalnız "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov "tok-şou"ya qatılmayıb.

Məlumata görə, bunun özəl bir səbəbi olmayıb. Dəvət klubun mətbuat xidməti vasitəsi ilə baş məşqçiyə çatdırılıb. O isə belə bir istəyinin olmadığını bildirərək "CBC Sport"a getməkdən imtina edib.