Cəbəllütariqin "Linkoln" komandası "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Rekord.az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.

Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Linkoln" matçına saat 20:00-da start veriləcək. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.