"Cəbrayıl" kubok matçına baş məşqçisiz çıxacaq
- 15 Noy 2023 15:00
- 1359
Azərbaycan kubokunun 2023-24 mövsümünün ilk təsnifat matçında səfərdə "Ağdaş"la üz-üzə gələcək "Cəbrayıl" bu oyuna baş məşqçisiz çıxacaq.
Rekord.az xəbər verir ki, buna səbəb Cavid Hüseynovun cəzalı olmasıdır.
Belə ki, Hüseynov "Şamaxı"nın baş məşqçisi olan zaman ölkə kubokunun 2022-23-cü mövsümünün 1/8 finalında "Turan Tovuz"a qarşı keçirdikləri ev matçında (0:1) oyun başa çatdıqdan sonra qırmızı vərəqə alıb. Bundan sonra isə hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. Nəticədə AFFA İntizam Komitəsi ona 6 oyun cəza kəsib.