"İrəvan"ın I Liqadan qovulması reqlamentdə də müəyyən dəyişikliklərə səbəb ola bilər.

Rekord.az xəbər verir ki, I Liqada sonuncu pilləni tutan "Araz Saatlı" II liqada oynayacaq.

Onu isə I Liqada "Baku Sportinq" əvəzləyəcək. I Liqada 9-cu pilləni tutan "Difai Ağsu" isə II Liqanın 2-cisi "Cəbrayıl"la pley-off oynamalıdır. Lakin "İrəvan"ın qovulması "Cəbrayıl"ı pley-off oynamadan I liqaya gətirə bilər. Hazırda AFFA-da bununla bağlı müzakirələr gedir. Əldə etdiyimiz məlumata görə. "Cəbrayıl"ın "İrəvan"ı əvəzləməsi variantı reallaşsa, "Difai Ağsu" ilə pley-off-da II Liqanın 3-cüsü "Füzuli" üz-üzə gələcək. "Füzuli"yə I liqada oynamaq üçün lisenziyanın verilməsi də məhz bu ehtimala söykənib.