"Cəbrayıl" klubunda ciddi maddi sıxıntılar davam edir.

Rekord.az xəbər verir ki, komanda qış hazırlığını necə və harada keçəcəyini də bilmir.

Problem tək bununla da bitmir. Komandanın maddi durumundan istifadə edən digər klublar "Cəbrayıl"ın aparıcı futbolçuları ilə gizlin əlaqəyə girib onları daha yüksək maaş müqabilində öz heyətlərinə cəlb etməyə çalışırlar. Halbuki həmin futbolçuların hər birinin klubla müqaviləsi var və onları istəyən digər klublar bunun üçün rəsmi müraciət ünvanlamalıdır. Təsadüfi deyil ki, komandanın baş məşqçisi Elhad Nəziri də bu məsələyə biganə qalmayıb və sosial şəbəkə hesabında bu addımı atan klubları sərt şəkildə tənqid edib.