![photo](https://www.rekord.az/storage/uploads/4/cebrayil1-3.jpg)
Cəbrayılın tarixi klubu bərpa oluna bilər
- 13 Sen 2023 12:00
- 722
Cəbrayılın ən məhşur futbol komandası olmuş "Xudafərin" yenidən bərpa oluna bilər.
Rekord.az-a daxil olan məlumata görə, bir qrup futbolsevər bu işə başlamaq haqda düşünürlər.
Artıq ilkin müzakirələr gedib və hazırda hüquqi prosedurlarla bağlı hazırlıqlar gedir.
Qeyd edək ki, Cəbrayılın bir təmsilçisi var və "Cəbrayıl" II liqada mübarizə aparır. "Xudafərin" isə yeni mövsümdən "Region Liqası"nda oynamağı düşünür. Təbii ki, hüquqi prosedurları vaxtında yoluna qoya bilsələr.