I Liqanın debütantı "Cəbrayıl"ın yeni məkanı məlum olub.

Rekord.az xəbər verir ki, "Neftçi"nin bazasından ayrılan komanda bundan sonra ev oyunlarını "ASCO Arena"da keçirəcək.

Hansı ki, "Səbail" də ev oyunlarını burada keçirir. Deyilənə görə, "Cəbrayıl"ın bu arenada ev oyunlarını keçirməsində "Səbail"in rəhbəri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri, əslən Cəbrayıldan olan Rauf Vəliyev dəstəyi olub. Hətta icarə məsələsində də onlara jest edilib.