“Turnirin vaxtı yaxınlaşdıqca virusla bağlı vəziyyətin dəyişəcəyinə nikbinəm”.

Rekord.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin 12 şəhərdə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavabında deyib.

Sloveniyalı futbol funksioneri planlarında hər hansı bir dəyişiklik olmadığını söyləyib:

“Ev sahibi şəhərlərə və AVRO-2020-ni qəbul edən ölkələrin rəhbərliklərinə iyun-iyul aylarında nələrin gözləniləcəyinin dəqiq mənzərəsini formalaşdırmaq üçün mümkün qədər çox vaxt vermək vacibdir.

Azarkeşlər futbolu xüsusi edir. Azarkeşləri stadionlara mümkün qədər tez qaytarmağın yollarını axtarmalıyıq”.

Proqrama əsasən, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçlara azarkeşlərin buraxılıb-buraxılmayacağına mart və ya apreldə qərar veriləcək.