“Çəkim onlardan az olduğu üçün güləşmək çox çətin idi”
- 16 Mar 2023 23:20
- 450
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatında çempion olmasına münasibət bildirib.
Rekord.az xəbər verir ki, 97 kq çəki dərəcəsində hamıdan güclü olan Murad Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bu uğuruna belə münasibət bildirib:
“Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Digər güləşçilər 100 kq-dan bu çəkiyə salmışdılarsa, mənim cəmi 92 kq çəkim vardı. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi. Bütün bunlara baxmayaraq, hədəfim çempionluq idi. Şükürlər olsun Allaha, buna da nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm”.