Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.


Rekord.az xəbər verir ki, komanda doğma meydanda “Lokomotiv”i (Plovdiv) qəbul edib.


Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 4:2. Cəlal oyunun 89-cu dəqiqəsində meydana daxil olub. 


“Arda” 16 turdan sonra 30 xalla 4-cı sıradadır.