Bolqarıstan çempionatında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə ÇSKA (Sofiya) ilə qarşılaşıb.

Hüseynovun komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu, "Arda"nın mövsümdə 3-cü qələbəsi olub. Start heyətində yer alan Cəlal 68-ci dəqiqədə - kimandası hesabda 2:0 öndə ollarkən əvəzlənib.

"Arda" 6 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb.