Cəlal Qurbanov AÇ-ni bürünc medalla başa vurdu
- 20 Mar 2022 22:55
- 589
Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, millimizin heyətində Cəlal Qurbanov (63,5 kq) yarışı üçüncü pillədə başa vurub.
O, yarımfinalda məğlub olaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Nəbi İsgəndərov (67 kq) isə yarımfinal döyüşünə çıxacaq.