Cəlalın komandası səfərdə qələbəni əldən verdi
- 2024-09-16 11:39
- 70
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda səfərdə "Çerno More" ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Cəlal da bu matçda iştirak edib. O, 69-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
Qeyd edək ki, "Arda" hazırda 11 xalla turnir cədvəlində 7-cidir.