Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev (63 kq) Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən dünya çempionumuz 1/4 çərçivəsində Sofyan Umia ilə üz-üzə gəlib.

Çələbiyevin Fransadan olan rəqibi ilə görüşü gərgin alınıb. Dünya çempionlarının duelindən Umia qalib ayrılıb.