Cəlilabad həndbolçularındna uğurlu çıxış
- 28 Mar 2023 12:48
- 426
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına yekun vurulub.
Rekord.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışa yerli həndbolçularla yanaşı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008 və ondan kiçik təvəllüdlü oğlanlardan ibarət komandaları qatılıb.
Açılış mərasimində iştirakçıları salamlayan AHF-nin idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları Novruz bayramı münasibəti ilə təbrik edib. Bu cür yarışların bölgələrdə həndbolun inkişafına təkan verəcəyini deyən təcrübəli mütəxəssis komandalara uğurlar arzulayıb. AHF tərəfindən idman geyimləri və toplar hədiyyə olunduqdan sonra yarışa start verilib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Cəliladab həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub.
Reqlamentə əsasən Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.