“Cəlilabad” pley-off şanslarını qorudu
- 03 Fev 2024 18:00
- 255
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 13-cü turunun növbəti oyunu keçirilib.
Rekord.az xəbər verir ki, “Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.
Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.
Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.
13-cü turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) fevralın 4-də baş tutacaq.