Cəlilabad rayonunda Vətən Müharibəsi Şəhidi Əmrah Hüseynlinin xatirəsinə həsr olunmuş ağır atletika üzrə yeniyetmələr arasında UGİM-nin açıq birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, yarış iki gün nəzərdə tutulub.

24-25 iyun, saat 10:00-da start götürəcək yarış Cəlilabad şəhəri, Ağır Atletika İdman Zalında baş tutacaq.