“Cəlilabad” basketbol komandasının 2023/2024 mövsümündə ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.

Rekord.az xəbər verir ki, adı çəkilən klub Azərbaycan Basketbol Liqasında (ABL) rəqiblərini Cəlilabad Olimpiya İdman Kompleksində qəbul edəcək.

Ötən mövsüm “Zirvə” adı altında çıxış edən komanda çempionatda cənub bölgəsini təmsil edəcək.

Qeyd edək ki, yeni mövsüm ərəfəsində kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena “Cəlilabad” klubunun istifadəsinə veriləcək.