
Cəlilabadın komandası zona birinciliyinin qalibi olub
- 26 Mar 2025 20:00
- 109
2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışna yekun vurulub.
Rekord.az xəbər verir ki, Cəlilabad Olimpiya Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları mübarizə aparıblar.
Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edən Cəlilabad komandasının qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, zona yarışlarında ilk iki pillədə qərarlaşan komandalar Azərbaycan birinciliyinə qatılmaq hüququ əldə ediblər.