![photo](https://www.rekord.az/storage/uploads/5/185026-dz7ui826lc.jpg)
"Çelsi" 17 yaşlı futbolçu transfer etdi
- 09 İyl 2023 10:00
- 265
"Çelsi" "Everton"un 17 yaşlı müdafiəçisi İşe Samuels-Smiti transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.
"Çelsi" bu transfer üçün təxminən 4 milyon funt-sterlinq təzminat ödəyib.
Samuels-Smit ötən mövsüm U-18 Premyer Liqasında 25 oyuna çıxıb. O, U-17 Avropa çempionatında İngiltərə milli komandasında oynayıb.