“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, London təmsilçisi “Lester Siti”nin müdafiəçisi Ben Çiluelli transfer edib.

Bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün London təmsilçisinin 50 milyon funt-sterlinq ödədiyini yazıb.

Qeyd edək ki, “Lester Siti”nin yetirməsi olan Çiluell 2015-ci ildə əsas komandaya yüksəlib, 2016-cı ildən isə Premyer Liqa oyunlarında iştirak etməyə başlayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. İngiltərə yığmasının da formasını geyinən futbolçu “Lester Siti”də 120-dən çox rəsmi oyun keçirib.