“Çelsi” Amsterdama 2 itki ilə yollandı
- 23 Okt 2019 11:20
- 798
İngiltərənin “Çelsi” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Hollandiya təmsilçisi “Ayaks”a qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçiləri Nqolo Kante və Ross Barkli qarşıdakı oyunu buraxmalı olacaq.
Onların zədələri sağalmadığı üçün hazırda formada deyillər. Bu üzdən məşqçilər korpusu bu iki futbolçunu “Ayaks”la oyuna aparmamağa qərar veriblər.
Bu gün Amsterdamda keçiriləcək “Ayaks” - “Çelsi” matçına saat 20:55-də start veriləcək.