Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Çelsi”dən Emersonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünü Lion klubunda keçirəcək.

Emerson bu il İtaliya milli komandası ilə AÇ-2020-nin, “Çelsi” ilə isə Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.