“Çelsi” Eden Azarın Madrid “Real”ından qayıtması ehtimalını nəzərdən keçirir.

Rekord.az xəbər verir ki, “Çelsi” belçikalı ulduzu əhəmiyyətli dərəcədə endirimlə almaq niyyətindədir.

London klubu yarımmüdafiəçini 40-50 milyon avroya qaytarmağa ümid edir.

Eden Azar Madrid “Real”ına “Çelsi”dən 2019-cu ilin yayında transfer edilib. Transferin dəyəri 100 milyon avro olub.