"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını İngiltərədə davam etdirə bilər.

Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi ilə "Çelsi" maraqlanır. London klubunun rəhbərliyi 24 yaşlı futbolçunu komandadan ayrılacağı gözlənilən Kristian Pulişiçin əvəzləyicisi kimi görür. Pulişiç yeni baş məşqçi Tomas Tuhelin gəlişindən sonra komandadakı vəziyyətindən razı deyil. Onunla "Mançester Yunayted", "Liverpul" və "Bavariya"nın maraqlandığı bildirilir.

Komanla Pulişiçin dəyişdirilməsi də istisna edilmir.

Qeyd edək ki, Koman bu mövsüm "Bavariya"da 27 oyuna 6 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun Münhen klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.