“Çelsi” Braziliya "Santos"undan Anjelo Qabrieli transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin saytı məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmayıb. Londonlular bu keçidə görə 15 milyon avro ödəyiblər.

Anjelo Qabriel cəmi 18 yaşına olmasına baxmayaraq, "Santos"un əsas komandasında 129 oyuna çıxıb, 5 qol vurub, 10 qol ötürməsi verib.