“Çelsi” Disasini icarəyə verdi
- 15:20
- 34
"Çelsi" futbolçusu Aksel Disasini icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi karyerasını "Aston Villa"da davam etdirəcək. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Disasi cari mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 2 qol vurub və 2 qol ötürməsi verib. Futbolçunun London təmsilçisi ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.