“Çelsi” daha bir futbolçusunu icarəyə göndərib.

Rekord.az xəbər verir ki, London təmsilçisi bu dəfə gənc yarımmüdafiəçisi Konor Qallaxeri “Suonsi Siti” klubuna icarəyə verib.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. 20 yaşlı ingilis yarımmüdafiəçi Uelsi təmsil edən Çempionşip təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Qallaxer mövsümün geridə qalan hissəsini də “Çarlton”da icarədə keçirib. O, bu komandada 26 oyuna 6 qola imza atıb.