İngiltərənin "Çelsi" klubu futbolçusu Lesli Uqoçukvunu icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək "Sauthempton"da çıxış edəcək.

Uqoçukvu ötən mövsüm "zadəganlar"ın heyətində 15 matçda meydanda olub.