![photo](https://www.rekord.az/storage/uploads/5/185151-3xi852thy6.jpg)
“Çelsi” hücumçusunu icarəyə verdi
- 11 İyl 2023 17:38
- 244
"Çelsi" futbolçusu David Fofananı "Union Berlin"ə icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə Berlin klubunun saytı məlumat yayıb.
20 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında Bundesliqa təmsilçisində keçirəcək.
"Çelsi" qış transfer pəncərəsi zamanı Fofanı 12 milyon avroya alıb. O, London təmsilçisinin əsas komandasında 4 oyuna çıxıb.