"Çelsi" hücumçusunu satmağa hazırlaşır
- 17 Mar 2020 15:28
- 675
"Çelsi" hücumçusu Mişa Batşuayini satmağa hazırdır.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumata görə, rəhbərlik 26 yaşlı belçikalının qiymətinin 23 milyon avro olduğunu açıqlayıb. London təmsilçisi transfer dönəmində futbolçu üçün daha yüksək məbləğ tələb edirdi.
Gələn il oyunçunun müqaviləsi sona çatacağı üçün "zadəganlar" belə bir addım atıb. Qışda “Aston Villa”nın Batşuayi ilə maraqlandığı bildirilir. Belçikalı 2019-20 mövsümündə "Çelsi” ilə çıxdığı 24 matçda 6 qol vurub.