“Çelsi”nin qapıçısı Kepa Appisabalaqa yaxşı mövsüm keçirmir.

Rekord.az xəbər verir ki, London klubunun baş məşqçisi Frank Lempard Kepanı daha səviyyəli qapıçı ilə əvəzləməyi düşünür.

Prioritet hədəf isə “Atletiko”nin qapıçısı Yan Oblakdır.

Amma “hindular” qapıçı üçün çox pul tələb edirlər. Oblakı almaq istəyən komanda 120 milyon avro ödəməlidir. Klub rəhbərliyi qiyməti endirmək niyyətində deyil.

Onu da qeyd edək ki, Kepa dünyanın ən bahalı qapıçısı hesab olunur. “Çelsi” onun transferi üçün 2018-ci ildə 80 miylon avro ödəyib. Oblak alınsa, Kepanı “Valensiya”ya icarə verəcəyi gözlənilir.