“Çelsi” kapitanını 3-4 aylıq itirdi
- 22 Dek 2023 14:40
- 210
“Çelsi"nin kapitanı Ris Ceyms uzun müddət meydana çıxmayacaq.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi Finlandiyada əməliyyat olunub.
24 yaşlı futbolçu 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Ceyms İngiltərə Premyer Liqasının 16-cı turunda "Everton"la oyunda bud nahiyəsindən zədə almışdı.