"Çelsi" xaricdə olan futbolçularından bazar günü İngiltərəyə qayıtmasını istəyib.

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, İngiltərədən ayrılmaq üçün icazə alanlar mayın 3-nə kimi ölkəyə qayıtmalıdırlar.

Bundan sonra onlar İngiltərə hökumətinin tələblərinə uyğun olaraq 14 gün müddətində karantindən keçəcəklər.