“Çelsi” klubu baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, Lemparda müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Lempard 2019-cu ilin yayından “zadəganlar”ı çalışdırırdı. “Çelsi” Premyer Liqada 9-cu sırada qərarlaşıb.