“Çelsi” İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, “zadəganlar” sözügedən matçda Nqolo Kantenin köməyindən istifadə edə bilməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kantenin yüngül zədəsi olduğu və bu səbəbdən MY ilə matçda olmayacağı bildirilir.

Sabah keçiriləcək “Çelsi” – “Mançester Yunayted” matçı saat 21:00-da start götürəcək.