"Çelsi" təcrübəli müdafiəçi Tyaqo Silvaya yeni müqavilə təklif edib.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı "The Times" yayıb.

Məlumata görə, müdafiəçinin klubla müqaviləsi 2022-23-cü il mövsümünün sonunda başa çatır. Futbolçunun oyunundan razı qalan London klubu isə onunla əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, müdafiəçi cari mövsüm "Çelsi"nin heyətində İngiltərə Premyer Liqasında 18 matça çıxıb və 2 qola imza atıb.